Mərhum sənətçi Kayahanın qızı Beste Açar yadplanetlilərlə bağlı verdiyi açıqlama ilə diqqət çəkib.
Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, bu barədə “2. Sayfa” verilişində danışıb.
Daha əvvəl yadplanetlilərdən mesajlar aldığını deyən, hətta atası Kayahan, Atatürk, Mevlana və Hz. Məryəm ilə əlaqə qurduğunu iddia edən Açar onlarla 13 yaşında tanış olduğunu, onların nəyə bənzədiyini danışıb:
“Kosmik gəminin içinə girdim. Təhlükəsiz evimə geri qayıtdım. Çox hündür boylu və boz rəngdə idilər. Böyük sevgi sahəsi var idi”, - Açar deyib.
Sonrakı açıqlamalarında atası Kayahanla danışdığını, yadplanetlilərə isə istədiyi sualı verib cavab aldığını qeyd edib.
QAZİLER.AZ