Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
QAZİLER.AZ APA-ya istinadən verdiyi məlumata görə, 39-BB-240 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobl ilə 10-TM-685 BMV markalı minik avtomobili toqquşub.
Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar:
Quliyev Natiq Akif oğlu (1980);
Quliyeva Təranə Hüseyin qızı;
Quliyev Həsən Natiq oğlu.
Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Qeyd edək ki, xəsarət alanlar İkinci Qarabağ müharibəsi şəhidi Quliyev Namiqin ailə üzvləridir



