Kanada sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) saytında yer alan məlumatında deyilib.
Qeyd olunub ki, zəlzələ Bakı vaxtı ilə saat 19:54-də qeydə alınıb. Zəlzələnin episentri Port Makneyl kəndindən 211 kilometr aralıda yerləşib. Yeraltı təkanların ocağı 11 kilometr dərinlikdə yerləşirib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.