Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, igəncə veriblər.
"Report" xəbər verir ki, fotonu “Baqramyan26” teleqram kanalı (Ermənistan hökumətinə aiddir) yayıb.
Qeyd edək ki, ermənilər həmişə əsir və girov götürdüklərinə işgəncə verib, fiziki təzyiqlərə məruz qoyublar. Xocalı soyqırımını törədənlərdən bundan artığını gözləmək də sadəlövhlük olardı. Azərbaycanlı əsgərə qarşı edilənlər bunun nümunəsidir. Ancaq Azərbaycan ərazisinə oxşar səbəbdən keçən ermənilərlə həmişə xoş rəftar olunub.
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bildirilib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.