Türkiyədə ac olan ayı kəndin heyvanlarına hücum edib.
Qaziler.az “timeturk.com”a istinadla xəbər verir ki, hadisə Vanın Çatak rayonunda baş verib. Meşədə yemək tapa bilməyib kəndə enən ayı 3 tövləyə girərək 34 baş keçini öldürüb, 30-a yaxın arı pətəklərini isə dağıdıb.
"Heyvandarlıqla məşğul oluruq. Arımız da var, keçilərimiz də. Dünən gecə və bu gün ayı kəndimizə hücum edərək arılarımızı, tövlələrimizi dağıdıb. Ayı 25-30 arı pətəyinə ziyan vurub, 7 keçini isə öldürüb”, - Dalbastı rayonunda yaşayan və heyvandarlıqla məşğul olan Tayfur Örek deyib.
Həmin məhəllədə yaşayan Sabri Bıyık ayının dəmir qapıdan tövləyə girə bilmədiyi üçün damdan deşik açaraq girdiyini bildirib: “Ayı qapını sındırıb başqa tövlələrə keçsə də heyvanlar meşəyə qaçaraq dağılıb”, - kənd sakini bildirib.
QAZİLER.AZ