Rusiyada 19-cu mərtəbədən düşən şəxs ölmədi - VİDEO

Rusiyada 19-cu mərtəbədən düşən şəxs ölmədi - VİDEO backend

Aprelin 3-də Rusiyanın Voronej şəhərində 40 yaşlı kişi binanın 19-cu mərtəbəsindən avtomobilin üzərinə düşüb.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, 19 mərtəbədən düşən şəxs avtomobili yarasız hala salsa da sağ qalıb.  

Əraziyə gələn ilk tibbi yardım qrupu adamı düşdüyü  avtomobilin üzərindən çıxarıb. Daha sonra həmin şəxs ayağa qalxaraq təcili yardıma doğru piyada gedib.

Müalicə olunan şəxsin sərxoş olduğunu bildirən səlahiyyətlilər, onun bu səbəbdən müvazinətini itirərək binadan yıxılmış ola biləcəyini bildiriblər.

Sağlamlıq durumu yoxlanılarkən yıxılan şəxsin beyin travması keçirdiyi, barmaqlarında qırıqlar və onurğa beynində zədə olduğu bildirilib. Müalicə altına alınan şəxsin səhhətinin yaxşı olduğunaçıqlanıb.

Şəxsin yıxılma anları ətrafdakı təhlükəsizlik kameralarına yansıyıb.

QAZİLER.AZ

Diaspora