İntihar edən şagird ilə bağlı yeni DETALLAR: “Əmisi də ötən il özünə qəsd edib”

İntihar edən şagird ilə bağlı yeni DETALLAR:  “Əmisi də ötən il özünə qəsd edib” backend

Salyan rayonunun Qızılağac kəndində səkkizinci sinif şagirdi Cavadzadə Mirələm Niyaməddin oğlu intihar edib. 

Hadisə ilə bağlı “Unikal”a danışan Qızılağac kənd bələdiyyə sədri Bünyad Yolçuyev bildirib ki, yeniyetmə axşam saatlarına yaşadıqları evində özünə qəsd edib. 

“Mirələm Qızılağac tam orta məktəbinin 8-ci sinif şagirdi idi. İntihar etməmişdən əvvəl dostları ilə birlikdə məhəllədə futbol oynayıb. Daha sonra isə evinə qayıdaraq intihar edib. Mirələmin psixi problemləri olub. Onun ölüm səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”. 

B.Yolçuyevin sözlərinə görə, Mirələm Cavadzadənin ötən il əmisi də intihar edibmiş:

“Əmisi ailə problemlərinə görə özünə qəsd edib. O, intihar etməmişdən öncə atasına, yaxın qohumlarına özünü öldürəcəyi barəsində məlumat vermişdi. Çox heyif ki, o da yaşadıqları evdə özünü asaraq həyatına son qoymuşdu”.

Hadisə barədə Modern.az-a danışan Qızılağac kənd orta məktəbinin direktoru Əliqulu Babayev bildirib ki, intihar hadisəsi baş verən gün Mirələmlə atası arasında problem yaranıb:

“Eşitdiyimizə görə, Mirələm futbol oynayan zamanı atasının qardaşını kəndin kənarında yerləşən otlaq sahəsinə apardığını görüb. O da atası ilə getmək istəyib. Lakin valideyni bununla razılaşmayıb. Deyilənə görə, bu səbəbdən Mirələmlə atası Niyaməddin Cavadzadə arasında problem yaranıb. Amma hadisənin məhz bunun üstündə olduğu dəqiq deyil. İntiharla bağlı araşdırma aparılır, dəqiq səbəb araşdırmadan sonra bəlli olacaq”.

Diaspora