Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Strit-bar" kafesində güclü partlayış baş verib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində 16 nəfər xəsarət alıb, bir nəfər ölüb.
Ölən şəxsin hərbi jurnalist Vladlen Tatarski olduğu bildirilib.
Partlayışın baş vermə səbəbləri araşdırılır.
Bəzi iddialara görə, kafe "Vaqner" özəl hərbi təşkilatın rəhbəri Yevgeni Priqojinə məxsusdur.
"RİA Novosti"nin yaydığı məlumata görə, partlayış kafedə partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Belə ki, partlayıcı qurğu Tatarskiyə hədiyyə qismində gətirilən qutuda olub.
Bundan əlavə, partlayışda yaralananların sayı 25-ə çatıb.