Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sabiq hakimi Fəxrəddin Məmmədov vəfat edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, sabiq hakim bu gün 65 yaşında ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, F.Məmmədov 1990-cı ildən 2000-ci ilədək Şahbuz Rayon Məhkəməsinin hakimi kimi çalışıb. O, 2000-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi olub. F.Məmmədov ötən ilin oktyabr ayında təqaüdə göndərilmişdi.