QAZİLER.AZ Publika.az -a istinadən xəbər verir ki, “Hayastan” fraksiyasının deputatı Mher Saakyanın vəkili Ruben Melikyan “Mülki müqavilə” fraksiyasından olan deputat Vladimir Vardanyanın əşya ilə vurulması versiyasını rədd edib.
Qeyd edək ki, ötən gün dövlət-hüquq komissiyasının qapalı iclası zamanı parlamentarilər arasında münaqişə baş verib.
Bundan əvvəl İstintaq Komitəsi bildirmişdi ki, ölkə parlamentinin qapalı iclasında Saakyan Vardanyanın ünvanına əsassız ifadələr işlədib, bundan sonra ona yaxınlaşaraq hər hansı əşya ilə qaş nahiyəsinə zərbələr endirib.
Melikyan sosial şəbəkə hesabında qeyd edib ki, müdafiə etdiyi şəxsə sağ əlinin sınığı diaqnozu qoyulub.