"Qarabağ qaziləri" ictimai birliyi martın 28-də millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdini qınayır.
Birliyin sədri Asəf Əliyev Qaziler.az-a bildirib ki, bu, yalnız Fazil Mustafaya qarşı yox, Azərbaycan dövlətçiliyinə qarşı törədilən aktdır.
"Düşünürük ki, bu sui-qəsdin arxasında Azərbaycana düşmən dövlətlər durur. Bu, DTX-nın, DİN-nin cəsus və narkoticarət şəbəkələrinə qarşı vurduğu ardıcıl, inamlı zərbələrinə qarşı düşmənlərimizin addımıdır. Bu da xarici kəşfiyyat orqanlarını narahat edir.
Sözsüz ki, yaxın zamanda bu aktı törədənlər həbs olunacaq. Bir millət vəkilinə atılan güllə onun dövlətinə atılıb.
"Qarabağ qaziləri" ictimai birliyi bu aktı pisləyir və bəyan edirik ki, biz həmişə olduğu kimi yenə də dövlətimizin, dövlətçiliyimizin yanındayıq!
Allah dövlətimizi qorusun! Düşmənlərimizə lənət olsun! ", - deyə Asəf Əliyev qeyd edib.
QAZİLER.AZ