Dövlət Sərhəd Xidmətinin zabiti vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Xidmətin mayor rütbəli zabiti Zeyqəm Fətullayev xəstəlik səbəbindən bu gün dünyasını dəyişib.
Əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonundan olan Z.Fətullayev bu gün Bakıda dəfn edilib.