ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb

ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb backend

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb.

APA xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Ofisi məlumat yayıb.

ÜST Azərbaycanla yanaşı, Tacikistanı da “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb.

Bildirilib ki, bu nailiyyət səhiyyə işçilərinin davamlı fədakarlığı, eləcə də malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi ilə mümkün olub.

Diaspora