Ucarda zəncirvari qəza baş verib

Ucarda zəncirvari qəza baş verib backend

Xəsarət alanlar var

QAZİLER.AZ APA -ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün rayon ərazisində qeydə alınıb. "VAZ 2106", "VAZ 2107" və "KİA" markalı minik avtomobilləri toqquşub.

Nəticədə, rayonun Qazıqumlaq kənd sakinləri, 1959 -cu il təvəllüdlü Həqiqət Kərim qızı Rüstəmova və 1953-cü il təvəllüdlü Zal Hacı oğlu Rüstəmov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

Diaspora