İki nəfərin öldüyü bildirilib
ABŞ-ın Yuest-Redinq şəhərində (Pensilvaniya ştatı) yerləşən "R.M. Palmer Company" şirkətinin fabrikində baş verən partlayış və yanğın nəticəsində 2 nəfər həlak olub, 9 nəfər isə itkin düşüb.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində həmçinin fabrikin binası çöküb, yaxınlıqdakı digər binaya zərər dəyib.
Uest-Redinq xəstəxanasının sözçüsü Cessika Bezler hadisə nəticəsində 8 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.
Şəhərin polis rəisi Ueyn Holben bildirib ki, partlayışın səbəbi hələ müəyyən edilməyib.