Sabirabadda 30 min manatdan çox pulu oğurlayan şəxs tutulub
QAZİLER.AZ Publika.az-a istinadən bildirir ki, DYP əməkdaşları tərəfindən “Toyota” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Maşında olan sərnişin Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib.
Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.