Bu gün Bakının Suraxanı rayonunda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Zığ-Hövsan yolunda “Mercedes” markalı avtomobil 103 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.
Nəticədə nəqliyyat vasitələri yararsız hala düşüb. Qəza zamanı xəsarət alanların olub-olmadığı hələlik dəqiqləşməyib.

