Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, şəhərin Əziz Əliyev prospektində avtomobil, yolu keçən qızı vurub.
Xəsarət alan 1996-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Fidan Cəfərli Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.