Bakıda intihar edən tələbə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alırmış.
Bu barədə universitetin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, ADPU-nun İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Gülşən Abbaslı uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada intihar edib.
*****
13:04
Bu gün Nəsimi rayonu ərazisində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, orada müalicə olunan 2002-ci il təvəllüdlü Gülşən Abbaslı özünü dördüncü mərtəbənin pəncərəsindən atıb. Ağır xəsarət alan qız Kliniki Tibbi Mərkəzə aparılsa da, vəfat edib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Məlum olub ki, G.Abbaslı onkoloji xəstəlikdən əziyyət çəkib və bir müddət imiş Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırmış.
G.Abbaslı Bakıda fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olub.
Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı zəruri araşdırmalar həyata keçirilir.