Keniyada matç zamanı ildırım meydanda 2 futbolçunun ölümünə səbəb olub.
Qaziler.az “The Citizen Digital”a istinadla xəbər verir ki, ölkənin qərbində Kissi bölgəsində həftə sonu keçirilən futbol matçında sahəyə ildırım düşüb.
“Manyansi" - "Gianchore" futbol klublarının qarışlaşması zamanı yaşanan hadisədə hər iki tərəfdən bir futbolçu həyatını itirib.
Yaralanan 2 futbolçu isə xəstəxanada müalicəyə götürülüb.
QAZİLER.AZ
