Bakıda avtobusların birində iki şəxs arasında mübahisə dava ilə nəticələnib.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə iki kişinin bir-biri ilə dava etməsi öz əksini tapıb. Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə sərnişin avtobusunda baş verən dava ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.