Ötən gecə ABŞ-ın Nyu-York ştatının Roçester şəhərindəki “Main Street Armory” əyləncə məkanında “GloRilla” və “Finesse2tymes” adlı müğənnilərin çıxış etdiyi konsertdə izdiham yaşanıb.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, yaşanan izdihamda 1 nəfərin öldüyü, 9 nəfərin isə yaralandığı qeyd edilib.
Rochester Polis Departamentinin rəisi Devid Smis izdihamın səbəbinin hələ məlum olmadığını, onda eşidilən atəş səslərinin izdihamda çaxnaşma yaratdığına dair bəzi məlumatlar olduğunu bildirib:
“Hadisə yerində atışma olub. Kimsənin vurulduğuna və ya bıçaqlandığına dair heç bir sübutumuz yoxdur”, - Smis deyib.
Hadisə ilə bağlı araşdırmanın başladıldığı qeyd edilib.
QAZİLER.AZ