Unibank" hipermarketə silahlı hücumla bağlı məlumat yayıb

Unibank" hipermarketə silahlı hücumla bağlı məlumat yayıb backend

Xətai rayonunda hipermarketə silahlı hücum zamanı yaralanan şəxs "Unibank"ın əməkdaşı olub

QAZİLER.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə maliyyə qurumu məlumat yayıb.

Bu gün günorta saatlarında Xətai rayonu ərazisində yerləşən supermarketdə baş vermiş silahlı hücum faktı zamanı həlak olan mühafizə əməkdaşı Həşimov Rüfət Rahib oğlunun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Silahlı hücum nəticəsində ağır yaralanan "Unibank"ın əməkdaşı, kassir-inkassator Şaydayev Samir Ruslan oğluna şəfa diləyirik. Hazırda Samir Şaydayevin xəstəxana şəraitində müalicəsi davam etdirilir. Əməkdaşımızın müəlicəsi ilə bağlı bütün tədbirlər bank rəhbərliyinin diqqətində saxlanılır.", - deyə bankdan bildirilib.

Qeyd olunub ki, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

"Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat rəsmi qurumlar tərəfindən veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur", - deyə "Unibank"dan bildirilib.

 

 

 

Diaspora