Yanğının səbəbi məlum deyil
Manisanın Turqutlu rayonunda baş verən meşə yanğını meşəçilər və yerli sakinlərin müdaxiləsi nəticəsində yarım saata söndürülüb. Yanğın nəticəsində 5 hektar əraziyə ziyan dəyib.
Yanğın saat 15.00 radələrində Hacısalar və Yunusdərə Turqutlu kəndləri arasındakı meşədə naməlum səbəbdən baş verib.
Tüstünü görənlər bu barədə meşə mühafizəçilərinə məlumat veriblər. Yanğın yerinə 3 suvarma maşını və 1 təcili tibbi yardım maşını ilə çoxlu sayda meşə işçisi göndərilib. Yanğının söndürülməsinə yerli sakinlər də dəstək verib. Alov yarım saatlıq işdən sonra söndürülüb. İlkin məlumata görə, 5 hektar əraziyə ziyan dəyib.
QAZİLER.AZ