ABŞ-ın Ohayo ştatında zəhərli kimyəvi maddələr daşıyan qatarın qəzaya uğraması nəticəsində 43 mindən çox su canlısının öldüyü bildirilir.
Qaziler.az xəbər verir ki, Ohayo Təbii Sərvətlər Departamentinin məlumatına görə, kimyəvi maddə yüklü qatar qəzasının baş verdiyi yerdə çay yatağının təxminən 8 kilometrlik hissəsində 38 mindən çox şirin su balığı tələf olub.
"Vaqonların aşması nəticəsində balıqlardan başqa 5500-ə yaxın digər su canlısının öldüyü təxmin edilir", - OTSD direktoru Meri Mertz deyib.
Mertz qəzanın ətraf mühitə təsirini anlamaq üçün araşdırmaların 2-3 həftə davam edəcəyini bildirib.
QAZİLER.AZ