4 ölü, 2 yaralı olduğu bildirilib
Qazaxıstanın Qərbi Qazaxıstan vilayətində “Kazaviaspas” SC-yə məxsus Mi-8 helikopterinin sərt enişi nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Bu barədə Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin axtarış qrupu helikopterin düşdüyü yerdə olublar. Rəsmilərin bildirdiyinə görə, 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bundan bir qədər əvvəl bildirilmişdi ki, fevralın 23-də helikopter Qərbi Qazaxıstan vilayətinin Çapurino kəndindən 6 km aralıda sərt eniş edib. O, “Kaztransoil” şirkətinin sifarişi ilə kəmərin ətrafında uçub.
QAZİLER.AZ