“Süleyman Soylu ilə müzakirələr apardıq” – Emin Həsənli

“Süleyman Soylu ilə müzakirələr apardıq” –  Emin Həsənli backend

Tükiyədə baş verən zəlzələyə görə yaradılmış “Qardaş Köməyi” platformasının rəhbərliyində təmsil olunduğu bir qrup şəxslər fəlakət bölgəsinə səfər ediblər.

Herbiand.az xəbər verir ki, səfər zamanı onlar Kahramanmaraş, Hatay və zəlzələdən ziyan görmüş ərazilərdə olacaqlar. Dəstək üçün fikir mübadiləsi aparacaqlar. Eyni zamanda mənəvi dəstək olacaqlar.

Platforma təmsilçiləri səfərin ilk günü Türkiyə Daxili işlər naziri Süleyman Soylu ilə görüşüblər. Bu barədə Herbiand.az-a platformanın təsisçilərindən biri Emin Həsənli məlumat verib.

Emin Həsənli Süleyman Soylu ilə yaranmış böhranlı vəziyyət, lazım olan yardımlar və bu yardımların çatdırılması ilə bağlı məsləhətləşmələr aparılıb.

Platforma təmsilçiləri qardaş Türkiyəyə maddi və mənəvi köməyin davam edəcəyini bildiriblər. Müzakirələr zamanı Süleyman Soylu Azərvaycan xalqına və dövlətinə öz minnətdarlığını bildirib.

Bununla yanaşı platforma təmsiulçiləri yerlərdə humanitar əməliyyatlarda iştirak edən hərbçilər və mülki şəxlərlə də görüşüblər.

Diaspora