Ötən gün Gəncə şəhərində 1989-cu il təvəllüdlü müğənni Turxan Əliyev və 2000-ci il təvəllüdlü rəqqasə Aytən Abdullayeva dəm qazından boğularaq ölüblər.
“Unikal” xəbər verir ki, Turxan Əliyev ailəli olub. Onun 1 övladı var.
Rəqqasə Aytən Abdullayevanın isə Türkiyə vətəndaşı ilə qeyri-rəsmi münasibətdə olduğu bildirilir.
Qeyd edək ki, T.Əliyev və A.Abdullayevanın cansız bədənləri kirayə yaşadıqları evdə tapılıb.