Zəlzələdən sonra, 258-ci saatda Kahramanmaraşda Neslihan Kılıç adlı qadın yaralı halda dağıntılar altından çıxarılıb.
35 mindən çox insanın həyatını itirdiyi fəlakətdə xilasedicilər daha bir can qurtarıblar.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu möcüzə xəbəri zəlzələnin episentri Kahramanmaraşdan gəlib.
Saat 258-də 20 yaşlarında olduğu deyilən Neslihan Kılıç adlı gənc qadın dağıntıları altından yaralı olaraq çıxarılıb.
QAZİLER.AZ