Antakyanın Öymək Sokak qəsəbəsində zəlzələnin 228-ci saatında dağıntılar altından bir qadın və iki uşaq xilas edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, fəlakətdən 10 gün keçməsinə baxmayaraq, ümidlər hələ də ölməyib.
Bu ümidlərlə çox çalışan xilasetmə qrupları səylərinin bəhrəsini görməyə davam edir.
Möcüzə bu dəfə Hatayın mərkəzi Antakya rayonundakı Oymak Sokakda baş verib.
Axtarış-xilasetmə qrupları burada bir qadın və iki uşağa çatıb.
Ana və iki uşağı zəlzələnin 228-ci saatında xilasetmə qruplarının səyi ilə dağıntılar altından xilas edilib.
Ana və uşaqları təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
QAZİLER.AZ