Zəlzələ bölgəsindəki kiçik qızın sözləri azərbaycanlı xilasedicini güldürdü - "Bu yaramaz zəlzələ..." - VİDEO

Zəlzələ bölgəsindəki kiçik qızın sözləri azərbaycanlı xilasedicini güldürdü - "Bu yaramaz zəlzələ..." - VİDEO backend

Azərbaycanlı xilasedicinin kiçik zəlzələ qurbanı ilə dialoqu sosial şəbəkədə gündəmə gəlib. 

Qaziler.az bildirir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

"Böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra qardaş ölkə Azərbaycan Türkiyəyə ilk yardım əlini uzadan dövlətlərdən biri oldu.

Humanitar yardımdan əlavə, Azərbaycan 800 nəfərə yaxın xilasedici və tibbi heyətlə dağıntı altından qalan insanların xilas edilməsində iştirak edib.

Çox sayda vətəndaşı dağıntılar altından xilas edən Azərbaycan xilasedici qruplar bir yandan da bölgə əhalisinə də ruh yüksəkliyi verir.

“Bu yaramaz zəlzələ yellənir, yellənir dayanmaq bilmir”

 Azərbaycan şəxsi heyətinin zəlzələdən zərər çəkmiş uşaqla dialoqu görənlərin ürəyi yumşaldı.

Azərbaycanlı xilasedici balaca qızı “Qorxma, olurmu?” deyərək öpüb.

Zəlzələdən xilas olan kiçik qız isə: "Zatən qorxmuram. Bu yaramaz zəlzələ elə hey yellənir, yellənir, bitmək bilmir", - deyib.

QAZİLER.AZ

Diaspora