Zəlzələ zamanı hamilə arvadını balkondan ataraq xilas edib - VİDEO

Zəlzələ zamanı hamilə arvadını balkondan ataraq xilas edib -  VİDEO backend

Zəlzələni hiss edən və 9 aylıq hamilə arvadını balkona çıxaran Murat Aktaş: "Birinci mərtəbədə olduğumuz üçün həyat yoldaşımı aşağı atdım" deyib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbulda xəstəxanaya göndərilən cütlük körpələrini sağ-salamat qucaqlarına alıblar.

Esenyurtdakı özəl xəstəxanaya gətirilən zəlzələdən zərərçəkənlər burada müalicə olunarkən, 9 aylıq hamilə qadın uşağını bu xəstəxanada dünyaya gətirib.

Bədənlərinin müxtəlif nahiyələrindən xəsarət alan xəstələr müalicələrdən sonra vəziyyətlərinin yaxşılaşdığını və tədricən sağaldığını bildiriblər.

Zəlzələdə hamilə arvadını evin eyvanından ataraq xilas edən Murat Aktaş bunları deyib:

"Gecə növbəsində işlədiyim üçün evə təzə gəlmişdim, hamama gedərkən zəlzələni hiss etdim və dərhal arvadımı balkona çıxarıb aşağı atdım, sonra qapıdan çıxdım. Birinci mərtəbədə yaşadığımız üçün qaça bildik, amma bizdən başqa o binadan heç kim qaça bilmədi, hamısı dağılmış binanın altında qaldı. Həyat yoldaşımı evimizin yaxınlığındakı uşaq bağçasına apardım və iki gün orada qaldıq, sonra doğuşa yollanıb bu xəstəxanaya gəldik və oğlumuz burada doğuldu.

QAZİLER.AZ

Diaspora