Türkiyədəki dəhşətli zəlzələdən sonra binaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin - Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevin cansız bədəni dağıntılar altından çıxarılıb.
Bu barədə məlumatı REAL TV yayıb.
Qeyd edək ki, onlar Malatyanın İnönü Universitetinin tələbələri olub.
20:23
Dağıntılar altında qalmış tələbələrimizdən biri - Şahin Verdiyevin ölüm xəbəri təsdiqlənib.
Bu barədə məlumatı İTV-nin Malatyaya ezam olunmuş müxbiri canlı yayımda bildirib.
O qeyd edib ki, Şahin Verdiyevin ölümünü dayısı təsdiqləyib.
