Qəbələ rayonunun Uludaş kəndi ərazisində rayon sakini Ramiz Qəribov idarə etdiyi "QAZ-31" markalı avtomobillə yolu keçmək istəyən piyada 2003-cü il təvəllüdlü Laçın Tərlan oğlu Mahmudovu vurub. 20 yaşlı L. Mahmudov hadisə yerində keçinib.
"Report"un Şimal-qərb bürosuna DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupunun Baş İnspektoru Mahir Məsimov bildirib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb və sürücü polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Laçın Mahmudov Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantı olub.