Məhkəmə səbəbləri araşdırır
Şirkətin 423 min dollarını çırpışdırann Nelli Fabriçnayanın cinayət işi üzrə bu gün növbəti məhkəmə iclası keçirilib. QAZİLER.AZ bildirir ki, qarşı tərəfin vəkilinin sözlərinə görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə cinayət işi materialları üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə ifadə vermək təklif olunub. O, isə öz növbəsində ifadə verməkdən imtina edib. Belə olan halda isə məhkəmə onun ifadəsini özü elan edib. İş materiallarından məlub olub ki, işin Bakı şəhəri Baş Polis İdarəsində istintaqı gedərkən Nelli Fabriçnaya zərərçəkmiş Əfqan Zeynalovun seyfindən 700 min manat götürdüyünü etiraf edib. Bildirib ki, o puldan 300 min manatı Mehriban adlı xadiməyə, 120 min dollarını isə sevgilisi Rauf tərəfindən şantaj olunduğuna görə ona verdiyini deyib.
Eyni zamanda Mehribana verdiyi 300 min manatın hara xərcləndiyinin mənbələrini də göstərib. N.Fabriçnaya onu da söyləyib ki, Mehribanın məsləhəti ilə Əfqan Zeynalovu zəhərləyib. Məhkəmədə elan olunan sənədlərdən məlum olub ki, N.Fabriçnaya Əfqan Zeynalovun seyfindən oğurladığı pulları geri qaytarmaq üçün ona qəbz verərək 19 iyul 2020-ci ilə kimi qaytarmağı öz öhdəsinə götürüb. Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib. Amma pullar geri qayıtmadığından zərərçəkənin vəziyyəti heç də yaxşı deyil.
QAZİLER.AZ