Çinli xilasedicilərdən həlak olan zəlzələ qurbanlarının xatirəsinə EHTİRAM - VİDEO

Çinli xilasedicilərdən həlak olan zəlzələ qurbanlarının xatirəsinə   EHTİRAM - VİDEO backend

Malatyada ana və qızının cəsədlərini dağıntılar altından çıxaran Çinli xilasedicilər, dəbilqələrini çıxararaq cəsədlərin önündə baş əyiblər.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Malatyada fəaliyyət göstərən Çin Mavi Səma Axtarış və Xilasetmə (Mavi Səma Qurtarma) qrupu və Artvin Hopa Axtarış Qurtarma Dərnəyi (HOPAK) qrupları işlərinə ara vermədən davam edir.

Zəlzələnin baş verdiyi gündən etibarən 8-ci gündə işlərini davam etdirən HOPAK qrupları 9-u sağ olan 25 vətəndaşı dağıntılar altından çıxarıb.

Axtarış-xilasetmə işləri zamanı tez-tez emosional anlar yaşanıb.

Çin Mavi Səma Axtarış və Xilasetmə qrupunun dağıntılar altından çıxardıqları cəsədlərə göstərdiyi ehtiram görənləri təsirləndirib.


72 yaşlı ana və 52 yaşlı qızın cəsədlərini çıxaran Çin qrupu, dəbilqələrini çıxararaq ana və qızının cəsədləri önündə baş əyiblər.

Bu anlar digər xilasedicilər tərəfindən lentə alınıb.

QAZİLER.AZ

 

Diaspora