Gölcük zəlzələsində həyat qurtaran amerikalı Türkiyəni yenə tək qoymayıb - VİDEO

Gölcük zəlzələsində həyat qurtaran amerikalı Türkiyəni yenə tək qoymayıb -  VİDEO backend

Gölcük zəlzələsindən sonra Türkiyəyə həyat qurtarmaq üçün gələn ABŞ-lı Din Tills, episentri Kahramanmaraş olan və 10 vilayəti təsir edən zəlzələlərdə dağıntılar altında qalanları xilas etmək üçün çalışır.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlər səbəbilə Adıyamana gələn ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Fəlakətlərə Yardım qrupları dağıntılar altında qalanları xilas etmək üçün çalışır.

1999-cu ildə Gölcük zəlzələsində Türkiyədə axtarış-xilasetmə işlərinə qatılan inşaat mühəndisi Din Tills də bu zəlzələdə Türkiyəni tək qoymayıb.

Zəlzələ nəticəsində dağılan və 40 nəfərin dağıntılar altında qaldığı mənzildə axtarış-xilasetmə iti "İvan" ilə işləyən Tills, illər sonra yenidən can qurtarmaq üçün Türkiyəyə gəldiyini və həyatını itirənlərə görə çox təəssüfləndiyini bildirib. 

Tills kimisə dağıntılar altından sağ çıxarmağın onları çox xoşbəxt etdiyini dilə gətirib:

QAZİLER.AZ

 

 

 

Diaspora