Güney azərbaycanlılar Türkiyənin zəlzələdən zərər çəkmiş bölgəsinə yardım göndəriblər.
Bu barədə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) üzvü Elyar Türker özünün “Twitter” səhifəsində yazıb.
“Vətənsiz Güney Azərbaycan Türkləri zalım İran rejiminin bütün təzyiq və təhdidlərinə baxmayaraq, əziz Türkiyəmizin zəlzələ bölgələrinə yardımlarını Urmiya Baş Konsulluğuna çatdırdılar. Bütün dərdlərimin ortağı - Canım, qan qardaşım Türkiyə!”, - deyə Elyar Türker qeyd edib.