Türkiyənin Hatay bölgəsində zəlzələdən sonra 163 saat dağıntılar altında qalan şəxs axtarış-xilasetmə qruplarının 5 saatlıq çalışmasından sonra sağ-salamat çıxarılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kastamonudan Hataya gələn xilasedicilər zəlzələdən sonra 163 saatın sonunda yeni bir möcüzə qurtarmada vəsilə oldu.
Uçmuş yaşayış binasının dağıntılarında həyat əlamətləri aşkar olunca, qruplar hərəkətə keçib.
5 saatlıq gərgin işdən sonra 77 yaşlı Ömər Aktar dağıntılar altından sağ çıxarılıb.
QAZİLER.AZ