Türkiyədəki dəhşətli zəlzələdən sonra binaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrdən xəbər var.
Baku TV-nin Malatyaya ezam olunmuş müxbiri xəbər verir ki, onların tapılması istiqamətində işlər davam etdirilir.
Bildirilib ki, tələbələr ikinci mərtəbədə qalıb. Bina demək olar, toz halına düşüb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib.
Dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 31 643 nəfərə çatıb.
Malatya şəhərində xilasedicilər 8 gün olar ki, 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarmağa çalışır.
Bildirək ki, S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələri olub.
Ətraflı videonu təqdim edirik: