Soyuq havada zərərçəkmişlər isti yeməklə hardan və necə təmin olunurlar?

Soyuq havada zərərçəkmişlər isti yeməklə hardan və necə təmin olunurlar? backend

Qaziantep isti yemək paylayan məntəqələr açdı...

Hazırkı durumda zəlzələdən zərərçəkənlərə əsas lazım olan isti yeməkdir. Bununla əlaqədar Türkiyənin bölgələrindən isti yemək paylayan məntəqələrin fəaliyyətə başlaması təqdirəlayiq haldır.

QAZİLER.AZ-a Gaziantepdən verilən məlumata görə, bölgədə gündə 3 dəfə isti yemək paylanan məntəqələr işə başlayıb. Onlar əsasən tələbə yataqxanalarında (öyrənci yurdu) təşkil olunub. Məntəqələrin siyahısını sizə təqdim edirik:

1) Gaziantep Akkent, İsmet, Yeşiltac Öyrenci Yurdu

2) Gaziantep Şahinbey, Yeditepe, Bağlarbaşı Öyrenci Yurdu

3) Gaziantep Şahonbey, Burc, İrfaniye Öyrenci Yurdu

4) Gaziantep Şehit Kamil, Osman Gazi Öyrenci Yurdu

Bu əraziyə yaxın olan vətəndaşları istiqamətləndirməyinizi xahiş edirik.

QAZİLER.AZ

Diaspora