Kahramanmaraş yardım əlini uzatdı
Türkiyədəki dəhşətli zəlzələdə dağıntılar altından vətəndaşların çıxarılması davam edir. Qeyd edək ki, onlar neçə gündür ac-susuz, sıxılmış vəziyyətdə ağır beton piltələr altında qalıblar. Hər ötən gün onların sağ qalma ehtimalı azalır.
Sağ qalan vətəndaşlara isə bölgələrdən mümkün qədər yardımlar göndərilir. QAZİLER.AZ-a Kahramanmaraşdan verilən məlumata görə bölgədə zərərçəkmişlərə isti yemək paylanan məntəqələr açılıb. Məntəqələr aşağıdakı tələbə yataqxanalarında ( öyrənci yurdu) fəaliyyətə başlayıb:
1) Maraş Memar Sinan Öyrenci Yurdu
2) Maraş Akarca Öyrenci Yurdu
3) Maraş Hasgül Öyrenci Yurdu
4) Maraş Ferhadlar Öyrenci Yurdu
5) Maraş H.Şaban Gemci Öyrenci Yurdu
6) Maraş Süleymaniyye Öyrenci Yurdu
Adı çəkilən məntəqələrə yaxın yerləşdirilən zərərçəkmiş vətəndaşlar hər gün 3 dəfə gəlib isti yemək yeyə bilərlər.
QAZİLER.AZ