Yuyucu xanım ağlaya-ağlaya kömək istədi
Türkiyədəki dəhşətli zəlzələnin artıq 4-cü gününü geridə qoyduq. Minlərlə ölü, yaralı sayı fəlakətin ağırlığından bəhs edirdi. Acınacaqlı vəziyyət yaranıb bölgədə.
Zəlzələ səhərə yaxın insanların yatdığı bir vaxta təsadüf etdiyindən onlar özləri ilə heç nə çıxara bilməyiblər. Düzdür, bu gün hər bir tərəfdən yardımlar göndərilir. Amma bir məsələ ciddi olaraq hər kəsi narahat edir.
Türkiyədən QAZİLƏR.AZ-a verilən məlumatda deyilir ki, xəstəxanalara durmadan zəlzələdə dağıntılar altında qalıb ölən insanlar gətirilir. Onları yumaq üçün yuyuculara böyük ehtiyac var. Bir xanım yuyucu ağlaya-ağlaya:"ölən soydaşlarımızı yumadan dəfn etməyə məcburuq, təkəm, mənə kömək edin, çatdırmıram, Allah xətrinə Diyarbəkir xəstəxanasına ölü yumağa ürəkli mollalar köməyə gəlin"- deyə, yardım istəyib.
QAZİLER.AZ