Rusiyada iki uşağın ayağını don vurub

Rusiyada iki uşağın ayağını don vurub backend

Rusiyada Volqoqrad vilayətinin Staroselie kəndində iki uşaq balıq tutmağa gedərkən azıblar və donaraq xəstəxanaya yerləşdiriliblər.

Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsi məlumat yayıb. İdarədən bildirilib ki, 5 və 8 yaşlı iki uşaq ataları sərxoş vəziyyətdə olan zaman balıq tutmağa gediblər..

Yolda uşaqlara soyuq olub. Evə qayıtmaq qərarına gəlsələr də, geriyə yol tapa bilməyiblər. Azdıqlarını görəndən sonra böyük qardaş atasının birgə yaşadığı qadına zəng vurub. O da dərhal polisə müraciət edib. Uşaqlara hipotermiya və ətrafların donması diaqnozu qoyulub.

QAZİLER.AZ

Diaspora