Hava şəraiti problem yaradıb
"Buta Airways"-in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.
QAZİLER.AZ Trend-ə istinadən nildirib ki, təyyarə Bakı vaxt ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.
Hava səraiti yol verdikdə, İstanbula uçuş həyata keçiriləcək.