DİN məlumat verdi
Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılan yenidoğulmuş körpənin anası müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yenidoğulmuş körpəni küçəyə atan şəxs - 1999-cu il təvəllüdlü Tünzalə Əkbərova saxlanılaraq istintaqa təhvil verilib.