O, özünü qaz borusundan asıb
Sumqayıtda intihar hadisəsi baş verin. Publika.az xəbər verir ki, hadisə şəhərin 16-cı məhəlləsində qeydə alınıb. Belə ki, vəkil Vüsal Mirzəyev özünü yaşadığı həyətin qaz borusundan asıb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
QAZİLET.AZ PUBLİKA.AZ-a istinadən bildirir ki, bir müddət əvvəl V. Mirzəyev ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilirdi. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Vüsal Mirzəyevin apellyasiya şikayətinə ötən ilin avqust ayında Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə ona bəraət verilməsi barədə qərar çıxarmışdı.