Polis yol qəzasında xəsarət aldı

Polis yol qəzasında xəsarət aldı backend

Nizami rayonunda 2 avtomobil toqquşdu

Bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

QAZİLER.AZ Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, hadisə zamanı xəsarət alanlar olub:

"Rang-Rover” və "Opel” markalı avtomobillərin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində "Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib”.

Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.

Diaspora