Ana və 2 qızı evdə ölü tapıldı

Ana və 2 qızı evdə ölü tapıldı backend

Qazsızması ailə faciəsinə səbəb oldu

Türkiyənin Qartal vilayətində Atalar Məhəlləsində beşmərtəbəli binanın birinci mərtəbəsində yaşayan ana və 2 qızı ölü halda tapılıb. Mərhumların 40 yaşlı Mələk Dönməz, 12 yaşlı qızı Heyvanur Ergay, 14 yaşlı Belinay Ergan olduqları məlum olub. 

Gün ərzində bacısından xəbər tuta bilməyən qardaşı Murad Dönməz bacısının yaşadığı ünvana gəlib və çilingər yardımıyla qapını sındırıb mənzilə daxil olub. 

Hadisə yerinə polis və həkim briqadası gəlib. İlkin ehtimallara görə ailənin qazsızmasından zəhərlənib öldükləri bilinib. 

Dəfn mərasiminə Qartal vilayətinin başçısı Abdullah Dəmir, Pendik  Polis İdarəsinin əməkdaşı, mühafizəçisi, vəfat edən Mələk Dönməzin qardaşı Murad Dönməz, mərhumun həyat yoldaşı Umut Ergay və əzizləri iştirak ediblər. Mərhumlar Sultanbəyli Osmanqazi qəbiristanlığında dəfn olunublar.

QAZİLER.AZ

 

Diaspora