Məhkəmədə sensasion bəyanat səslənib
Bu gün Tbilisi Şəhər Məhkəməsində sabiq prezident Mixail Saakaşvilinin cəzasının təxirə salınması, yaxud azad edilməsi ilə bağlı daha bir məhkəmə prosesi baş tutub. Qaziler.az "Gürcüstan xəbərləri"nə istinadla xəbər verir ki, eks prezident sağlamlıq vəziyyəti ilə bağlı iclasda onlayn qaydada iştirak edib. O, deyib: "Mən Gürcüstana öz biliyimi verdim. İndi isə sağlamlığımı verirəm. Tək istəyim adekvat şəkildə müalicə olunmağımdır. Lazım olsa, öz canımı da verəcəm. Vəziyyətim kəskin şəkildə pisləşib".
Medianın yazdığına görə, Gürcüstanın siyasi rəhbərliyində Saakaşviliyə qarşı yumşalmalar hiss olunur. Güman edilir ki, o, cəzasından azad edilə bilər.
QAZİLER.AZ